Güləşçilərimizdən İslamiadada 23 medal

Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.

Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub olub. O, turniri gümüş medalla başa vurub.

 

Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal uğrunda görüşdə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.

Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.