Premyer Liqa: XXX turun ilk oyununda qalib müəyyənləşməyib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib.

"Olimpsport" xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 0:0.

Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. Bakılılar isə 46 xalla ikincidir.

Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.