Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Güləşçilərimizin “Rio-2016” Yay Olimpiya Oyunlarındakı çıxışını uğurlu hesab etmək olar. “London-2012”də 7 medal qazanan pəhləvanlarımız Rio-de-Janeyroda 9 medala sahib olublar.
Azərbaycan Prezidenti İlham Əliyev Radik Veleddin İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib.
"Olimpiyaçılarımızın qoyduğu zəfər ab-havasını paralimpiyaçılar davam etdirməyə çalışacaq. Bütün gücümüzü səfərbər edəcək və çağışacağıq ki, öz qələbələrimizlə xalqımızı sevindirək"