Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha 20 dəst medal öz sahibini tapıb. Olimpsport.az saytının məlumatına görə, yarışın VI günündən sonra mükafat qazanan ölkələrin sayı 51-ə çatıb.
Artıq bütün dünyanın diqqəti Braziliyanın paytaxtında keçirilən Rio Olimpiya Oyunlarına yönəlib. Belə bir tarixi yarışı izləyənlər arasında sözsüz ki, xaricdə yaşayan azərbaycanlılar da var. Elə həmyerlilərimizlə əlaqə saxlayaraq Rio Olimpiya Oyunları haqqında təsüratlarını "olimpsport.az" la bölüşməyi xahiş etdik.
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları üzrə növbəti görüşlər keçiriləcək. Olimpsport.az saytının məlumatına görə, azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev bu gün debüt edəcək.
Rio-2016-da yeni rekord müəyyənləşib.Olimpsport.az saytının məlumatına görə, çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub.
Rio-2016 Yay Olimpiya Oyunlarının VI günün Azərbaycan yığmasının daha 6 üzvü yarışacaqlar. Olimpsport.az saytının məlumatına görə, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Olimpsport.az saytının məlumatına görə, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.
Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları davam edir. Olimpsport.az saytının məlumatına görə, yarışın 4-cü günü daha 14 dəst medal sahibini tapıb.
"Hazırlıq səviyyəm yaxşıdır, düşünürəm ki, döyüşlərə optimal formada başlayacam. Məni turnirin favoriti hesab etmədikləri zaman da, mən özümü favorit hesab edirəm. Çünki öz imkanlarımı bilirəm və düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən yalnız birinci yeri hədəf tutmuşam. Mənim vəzifəm - qızıl medalı qazanmaqdır və Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram".
XXXI Yay Olimpiya Oyunlarının ikinci yarış günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq.
Olimpsport.az xəbər verir ki, idmançılarımız şosse velosipedi, cüdo, idman gimnastikası, boks, akademik avarçəkmə və güllə atıcılığı növlərində yarışacaqlar.
Avqustun 3-də Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən atletlərin məskunlaşdığı Olimpiya kəndində Azərbaycan bayrağının təntənəli surətdə qaldırılması mərasimi keçirilib.
Rəsmi açılış mərasimi sabah keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına start verilib. Olimpsport.az saytının məlumatına görə, Rioda olimpiyaçıların mübarizəsi qadın futbolçuların oyunları ilə başlayıb.