"İndi nəticə barədə düşünmürük"

"Biz gec toplandıq. İstəyərdik ki, bunun üçün vaxtımız çox olsun. Amma alınmadı. "Neftçi"yə qarşı oyunumuzun çətin olacağı aydın idi".

Bu sözləri "Şamaxı"nın baş məşqçsi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, evdə 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Bu komandaya regionlarda xüsusi maraq var. Onlara qarşı oyunlar da çətin keçir. Birinci hissədə futbolçularımızda həyəcan var idi. Fasilədən sonra isə bunu aradan qaldırdılar. bir qol buraxdıq, amma məğlubiyyət məğlubiyyətdir. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer yaratmışdılar. Səhvlər qaçılmazdır, səhv edə-edə öyrənəcəklər. Bu dəqiqə nəticə barədə düşünmürük. Həmin futbolçuların oyun təcrübələrinin artması üçün əlimizdən gələni edirik".