Cüdoçumuz Avropa çempionu oldu

Bosniya Herseqovinada cüdo üzrə U-23 Avropa çempionatı keçirilib. 60 kq çəki dərəcəsində millimizin üzvü Nazir Talıbov çempion adını qazanıb. 

Qeyd edək ki, Nazir Talıbovun şəxsi məşqçisi cüdo üzrə beynəlxalq dərəcəli idman ustası Elçin İsmayılovdur.

Bu münasibətlə çempionumuzu və onun şəxsi məşqçisini təbrik edirik!