Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

16 ölkənin qatıldığı yarışın ilk günündə millinin bir üzvü rinqə çıxıb.

Komandanın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) üz-üzə gəlib. 1/4 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.

Qeyd edək ki, turnirdə final qarşılaşmaları noyabrın 13-də olacaq.