Misli Premyer Liqasında 14 günlük fasilə

Misli Premyer Liqasında fasilə yaranıb.

Milli komandamızın keçirəcəyi yoxlama oyunlarına görə 15-ci turun oyunları iki həftədən sonra keçiriləcək.

Növbəti turun qarşılaşmaları noyabrın 27, 28 və 29-na nəzərdə tutulub.

Qeyd edək ki, millimiz noyabrın 16-da Moldova, noyabrın 20-də isə Şimali Makedoniya ilə qarşılaşacaq. Hər iki görüş səfərdə keçiriləcək.