Türkiyə ilk matçında qələbə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

"Olimpsport" xəbər verir ki, yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.

Gürcüstan millisindən isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.