Azərbaycan millisi komanda yarışını medalsız başa vurub

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.

"Olimpsport" xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib.

Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb.

Beləliklə, yığmamız komanda yarışını medalsız başa vurub.

Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.