İsveçrə - İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.

"Olimpsport" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü Ruben Varqas görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

25 yaşlı yarımmüdafiəçi komandasının ikinci qoluna imza atıb.