Almaniya növbəti 1/4 finalçı olub 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Olimpsport" xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb - 2:0.

Hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə isə Camal Musiala fərqlənib.

Qeyd edək ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.