İngiltərə millisi hesabda önə çıxıb
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxtda İngiltərə hesabda irəli çıxıb.
"Olimpsport" xəbər verir ki, Harri Keyn 91-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.
Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib. Slovakiya yığmasından İvan Şrants 25-ci dəqiqədə fərqlənib.