AVRO-2024: İlk 1/4 finalçı bəlli olub
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.
"Olimpsport" xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə isə Ruben Varqas yekun hesabı müəyyənləşdirib.
Beləliklə, Avropa çempionatının son qalibi olan İtaliya mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.