Olimpiya mükafatçısı xeyriyə məqsədi ilə medalını satır

Polşalı yüngül atlet Pyotr Malaxovski Rio-de-Janeyro Olimpiadasında disk atma yarışlarında ikinci nəticə göstərərək gümüş medal qazanıb. İdmançı Varşavaya qayıdandan sonra bildirib ki, gözün torlu qişasının bədxassəli şişindən əziyyət çəkən uşağa kömək etmək üçün medalını hərraca qoyur.