Aleksandr Demyanenko gümüş medal qazandı

Bu gün Rio Olimpiadasında 2 avarçəkənimiz finalda mübarizə aparacaq. Olimpsport.az saytının məlumatına görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya həlledici mərhələdə medal üçün yarışacaqlar.

Olimpiada zamanı ölən məşqçi dörd nəfər üçün orqan donoru olub

Olimpiya Oyunları zamanı həlak olan avarçəkmə üzrə Almaniya Olimpiya komandasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub. "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, ürək, qaraciyər və iki böyrək donoru olub. Məşqçinin orqanları uğurlu şəkildə digər dörd nəfərə köçürülüb. Xatırladaq ki, almaniyalı mütəxəssis Rioda ağır yol qəzasına düşüb. Həkimlər ağır kəllə-beyin travması alan Ş.Hentsenin həyatını xilas edə bilməyib.