"Bircə yarımfinalda səhvə yol verdim” - Rəsul Çunayev

“Rioya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım. Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Düşmən idmançıya uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı”.

Rəsul Çunayev ilk qələbəsini qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Olimpsport.az saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

Rio-2016: Medal siyahısı

Rio-2016-da medal qazanan ölkələrinin siyahısında dəyişiklik olub. Olimpsport.az saytının məlumatına görə, bu, Olimpiadanın 11-ci günündə 15 dəst mükafat öz sahibini tapdıqdan sonra reallaşıb.

Maykl Felbs sonuncu qızıl medalla karyerasını bitirir

Amerikalı üzgüçü Maykl Felbs Rio de Janeyroda Yay Olimpiya Oyunlarında 23-cü Olimpiya qızılını qazanıb. Olimsport.az xəbər verir ki, Rio Olimpiadasında 5-ci qızıl medalı alan Felbs bununla karyerasına son qoyacağını deyib. Felbs Olimpiadalar tarixində ən çox medal alan idmançıdır.

İslam Əl Şəhabi komandadan uzaqlaşdırıldı

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə +100 kq çəki dərəcəsində mübarizə aparan misirli idmançı İslam Əl Şəhabi öz ölkəsinin Milli Olimpiya Komitəsi tərəfindən cəzalandırılıb. BBC-nin yaydığı məlumatına görə, buna onun məğlub olduğu israilli idmançının əlini sıxmaqdan imtina etməsi səbəb olub.

Saman Təhmasibi Olimpiadanı əliboş tərk elədi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi ilk təsəlliverici görüşə çıxıb. Olimpsport.az-ın məlumatına görə, 85 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub.