Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
"Braziliyaya yola düşəndə ancaq qələbə haqqında düşünürdüm. Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim. Rəqiblərim çox güclü olduğundan qarşılaşmalar gərgin keçdi. Amma buna baxmayaraq, bütün gücümü toplayıb görüşlərimin hamısında qalib gəldim”.
"Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarının təşkilatçılığı sıfır səviyyəsində idi. Bu məsul yarışı "Bakı-2015" I Avropa Oyunları ilə müqayisə etmək mümkün deyil. Bütün komanda üzvlərimizə qarşı hakim haqsızlığı oldu".