UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə PAOK-la qarşılaşacaq ağdamlıların alban futbolçusu Ansi Aqolli oyunöncəsi mətbuat konfransında fikirlərini qısa ifadə edib:
“Sabah bizi ağır oyun gözləyir. Futbolçular da istəyir ki, bu matçdan yaxşı nəticəylə ayrılsınlar. Rəqib məşqçinin fikirləri ilə tanışam. O, bu oyunun onlar üçün vacib olduğunu deyir. Onları başa düşürük. Ancaq qarşıda 2 oyun daha var”.
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib.