"Buranın məsuliyyəti tamam fərqlidi"-Elvin Məmişzadə
Rio Olimpiadasında ilk döyüşünü keçirən boks yığmamızın üzvü Elvin Məmişzadə (52 kq) ilk sınağından qələbə ilə ayrıldı. Olimpsport.az saytının məlumatına görə, qarşılaşma başa çatdıqdan sonra fikirlərini bildirən idmançımız döyüşün ağır keçdiyini, ancaq qələbə qazandığı üçün sevincli olduğunu deyib.