Olimpiya mükafatçısı xeyriyə məqsədi ilə medalını satır

Polşalı yüngül atlet Pyotr Malaxovski Rio-de-Janeyro Olimpiadasında disk atma yarışlarında ikinci nəticə göstərərək gümüş medal qazanıb. İdmançı Varşavaya qayıdandan sonra bildirib ki, gözün torlu qişasının bədxassəli şişindən əziyyət çəkən uşağa kömək etmək üçün medalını hərraca qoyur.

Şumaxerin vəziyəti düzəlir

"Formula-1"in məşhur alman pilotu Mixael Şumaher 2013-cü ilin sonlarında xizək sürərkən yıxılaraq aldığı kəllə-beyin travmasından sonra aparılan müalicəyə müsbət reaksiya verir.

Könüllülər arasında şahmat turniri keçirilib

Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. Olimpsport.az xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən yarış 5 turdan ibarət olub. Turnirin qalibi adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.

Rio-2016: Medal siyahısı

Rio Olimpiadasında daha 22 dəst medal öz sahibini tapıb. Olimpsport.az saytının məlumatına görə, yarışın 10-cu günündə də mükafatların çoxunu lider ölkələr qazanıblar.

Məqsəd ilk onluqda qərarlaşmaqdı

Azərbaycan yığmasının lideri Zeynəb Məmmədyarova Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib. Olimpsport.az saytının məlumatına görə, o, yarışa hazırlıqdan və şanslarından danışıb.