"Əsas məqsəd 3 xaldı" - Fariz Nəcəfov

Topaz Premyer Liqasının IV turu çərçivəsində “Neftçi” ilə qarşılaşan “Qəbələ” rəqibini 8:0 hesabı ilə darmadağın edib. Matç başa çatdıqdan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

"Neftçi" biabırçı tarixi təkrarladı.

Premyer Liqanın 4-cü turunda "Neftçi" - "Qəbələ" klubuna 0:8 hesabı ilə məğlub olub. İlk dəfə FLAQMAN bu hesabla 1997-ci ildə ÇL-nin təsnifat mərhələsində Polşanın "Vidzev" klubuna səfərdə məğlub olub. Bxmayaraq ki, Bakıda keçirilən ilk oyunda "Neftçi" Vidadi Rzayev və Yaşar Vahabzadənin qollarıyla qələbə qazanmışdır. Xatırladaq ki, o vaxtlar da "Neftçi" rəhbərliyi ilə oyunçular arasında anlaşılmazlıq yaranmışdı. Elə bu səbəbdən də səfər oyununa komandanın bəzi oyunçuları getməkdən imtina etmişdilər.