Ötən gün Azərbaycan Premyer Liqasında 2-ci turun növbəti qarşılaşması baş tutub. Olimpsport.az xəbər verir ki, "Dalğa arena"da "Qəbələ" "İnter"i qəbul edib. Matçda hesab açılmayıb və görüş başladığı kimi də başa çatıb.
Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ” - "İnter” (0:0) oyunundan sonra qonaqların qapıçısı yarımmüdafiəçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.
“Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil, komandanın əldə etdiyi nəticədir”. Olimopsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Hava necə idisə, oyun da elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. İkinci hissədə daha yaxşı təsir bağışladıq. “Qəbələ” yaxşı komandadı, Avropa Liqasında onlara uğurlar arzulayırıq. Qarşıdakı oyunlara köklənəcəyik”.
Ötən gün Topaz Premyer Liqasında II turun daha bir görüşü keçirilib. Olimpsport.az saytının məlumatına görə, turun ikinci görüşünda “Qəbələ” “İnter”lə qarşılaşıb.
Topaz Premyer Liqasında II turun hakim təyinatları müəyyənləşib. Olimpsport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, FİFA referisi Rəhim Həsənov bu tur təyinat almayıb.
“Sumqayıt” növbəti transferini həyata keçirib. Olimpsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi qapıçı Kamran Ağayevi rənglərinə bağlayıb.
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının I turunun oyunlarında baş verənlərin müzakirə olduğu yığıncaqda mövsümün ilk cəzaları açıqlanıb.