Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Olimpsport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edib.
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 2016/2017-ci illər mövsümündə iştirak edəcək komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər.
“İlk oyundan müəyyən nəticələr çıxarmışıq. Sabah baş tutacaq matçda komandamızın nəyə qadir olduğunu sübuta yetirəcəyik. Futbolçularımızın bəziləri ilk oyunda iştirak etmədilər. Lakin sabah onlar meydanda olacaq. “Qəbələ” ilə cavab görüşü ilə bağlı proqnoz verə bilmərəm”.
“Sabahkı oyunun nəticəsi hücumda necə çıxış etməyimizdən asılı olacaq. Təbii ki, hücum etmək istəyəcəyik. Rəqibin çətin olduğunu bilirik. Amma öz oyun stilimizdən dönməyəcəyik. Sona qədər döyüşəcəyik”.
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Olimpsport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxacaq.
Azərbaycan çempionu “Qarabağ” da bu 16 komanda arasındadı. Qitənin ən nüfuzlu klub turnirində sensasiyaların qeydə alınması bəzi Avropa nəhənglərini daha aşağı reytinqli turnirə göndərib.
“Qarabağ” üzərində qələbə mənim indiyədək sevincini yaşadığım ən ağır oyun idi. Karyeram ərzində bir çox oyunlarda iştirak etsəm də, belə çətinliklə üzləşməmişdim”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri Çexiya millisinin və “Viktoriya”nın futbolçusu David Limberski deyib.
Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
“Qol buraxdığımız an “İnter”lə görüşü xatırladım. Bu oyunun nəticəsi bir qədər fərqli məna daşıyırdı. Qələbə qazansaydıq, ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynayacaqdıq, digər yandan Avroliqanın qrupu təmin edəcəkdik”.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Viktoriya” ilə 1:1 hesablı heç-heçə edən və iki oyunun yekununda mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək “Qarabağ”ın kapitanı Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Qarabağ" - "Viktoriya" oyununu (1:1) izləyənlər arasında millət vəkili Qənirə Paşayeva də olub. Qarşılaşmanı Ağdam klubunun forması ilə izləyən xanım siyasətçi matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Çox istəyirdik ki, qalib gələk. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Hər bir insan qalib gəlmək istəyir. Son vaxtlar stadionda belə anşlaq olduğunu xatırlamıram”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.