“Son vaxtlar hakimlik mövzusu tez-tez gündəmə gəlir. Hakim səhvi dünyanın hər bir ölkəsində olur. Amma bizdə hakim səhv edən kimi günahkar Xaqani Məmmədov seçilir. Ritsoli səhv edəndə, kimsə Kollinanın adını çəkdi?”
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib.
“Qəbələ” klubunun həbsdə olan futbolçusu Cavid Hüseynovun anası Xalidə Hacıyeva Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Bu gün Məşqçilər Komitəsi 1-ci divizon klublarının rəhbərləri və çalışdırıcıları ilə görüş keçirdi. “Bakı”nın bazasında təşkil olunan tədbirdən sonra divizionun lideri “Neftçala”nın prezidenti Famil Səfiyev"Olimpsport"-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir.
"Ötən axşam toyda olduğum üçün oyuna baxa bilmədim. Dedilər ki, baş hakim Əliyar Ağayev "Qəbələ" lehinə penalti təyin etməyib. Hər yerdə səhvlər olur. Əliyarın da səhv etməyə ixtiyarı var. Həqiqətən də yanlış qərar veribsə, cəzalanacaq".
“Qəbələ”yə qarşı yaxşı oynadıq. Kubokun finalına layiq oyun oldu. Təbii ki, rəqib də zəif deyil. Bununla belə, düşünürəm ki, cavab matçında qələbə qazanacağıq”.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter”i 4:0 hesabı ilə darmadağın etdikləri matçdan sonra "Olimpsport.az" saytına müsahibə verib.