"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın "Viktoriya Plzen" klubunu qəbul edəcək.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Viktoriya” matçının hakimi Hüseyin Göçək Azərbaycan futboluna tanışdı. Olimpsport.az saytının məlumatına görə, türkiyəli referi karyerası ərzində artıq 2 dəfə təmsilçilərimizin oyununu idarə edib.
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları başa çatandan sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. Olimpsport.az saytının məlumatına görə, dünən baş tutan 29 qarşılaşmadan sonra siyahıda növbəti dəyişikliklər olub.
"Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq. Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni adlayacağıq. Çox hücum etdik, ancaq bu fürsətlərin hamısından istifadə edə bilmədik. "Qəbələ" təcrübəli komandadır. Mərhələ adlamaq şansımız 50 faizdir. Eder cavab oyunu üçün Bakıya gedəcək heyətdə ola bilər. Amma yüz faiz deyə bilmərəm ki, cavab görüşündə meydana çıxacaq, ya yox”.
“Burda imza atdığımız heç-heçə komandanın səviyyəsi, klubun imici, reytinqi baxımından bizim üçün tarixi nəticədi. Hesabdan razıyıq. Komandanın adından demək istəyirəm ki, bu nəticəni Cavid Hüseynova sərf edirik”
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Fransada “Lill” klubu ilə qarşılaşan “Qəbələ” dueldən sərfəli nəticə ilə ayrılıb. Oyundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb.
Bu gün Avropa liqasında III mərhələnin ilk oyunları keçiriləcək. Turnirdə yeganə təmsilçimiz "Qəbələ" Fransada "Lil"in qonağı olacaq. "Qırmızı-qaralar"ın son iki mövsümdə Avrokuboklardakı uğurlu çıxışı bu axşamkı oyun haqqında da nikbin düşünməyə imkan verir.
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın "Viktoriya Plzen" klubunu qəbul edəcək.
22 il əvvəl rəhmətlik Hüseyn İsmayılov "Naxçıvan" komandasını yaradanda kimin ağlına gələrdi ki, 15-17 yaşlı gənclərdən təşkil olunmuş və 1-ci dəstədə mübarizə aparan həmin komandanın 5 üzvü vaxt gələcək yığmanın şərəfini qoruyacaq? Samir Əliyev, Samir Musaeyv, Fərrux İsmayılov, hazırda futzal yığmamızın kapitanı Rizvan Fərzəiyev və... Bu gün "5-ci"nin ad günüdür. Daha doğrusu, yubileyi. Onun 40 yaşı olur. Zaur Ramazanovu nəzərdə tuturam. Bir vaxtlar "Naxçıvan"da çiyin-çiyinə oynadığım Zaurla çoxdan idi ki, görüşmürdüm. Ad günü həm görüş, həm də müsahibə üçün fürsət oldu.